Sözun bitdiyi yer... ...intihar...
İnsan - Budur…gəlmişik…
Ruh- hara?
Bədən- ayrilacagımız yerə
İnsan- bagışlayın məni… artıq dözəbilmirəm…
Ruh- bunu bizə etməyə haqqın yoxdur!
Bədən- bizi yalnız Allah ayırmalı!
İnsan - dözəbilmirəm...
Ruh – biz sənə Allahın əmanətiyik.
Bədən – at o ülgücü yerə, mənə xəsarət yetirməyə haqqın yoxdur!
İnsan –o zaman Ruhum, tərket bədənimi...
Ruh – mən icazəsiz bunu edəbilmərəm!
İnsan – o zaman icazə al, ya da məcburən qovulacaqsan!
Bədən – Niyə belə edirsən ey naşükür?
İnsan – əlbəttə, mən naşükürəm... özümə nifrət edirəm!
Ruh – inamlı olub şeytana nifrət etməlisən amma...
Bədən – sən çox...
İnsan- bəsdir...susun...uzaq durun...istəmirəm heçbirinizi...buraxın...tərkedin məni...
Ruh- mən bədənə aidəm. Sevirəm ...Onu tərketməyəcəm...
Bədən – ayırma nə olur bizi...
İnsan – yetər...nə sevgi...məni bitirdi bu sevgi...bu yalanlar...insanlar... nifrət edirəm...hamıya, hərşeyə... nə qədər olar? Nə qədər inanmaq, nə qədər aldanmaq olar? Siz ayrılmasanız belə mən ölmüşəm...Bitmişəm...istəmirəm...heçnə istəmirəm... rahat buraxın məni...xainlər, hiyləgərlər, satqınlar, yalançılar dünyasında mənə yer yoxdur. İstəmirəm...başa düşmürlər məni...incidirlər...şər, şayələr, iftiralar... nə qədər olar?
Ruh – Səbr et ey insan!
İnsan – səbrim tükənib...
Bədən – mubarizə apar!
İnsan – gücüm qalmayıb...
Bədən – qıyma mənə... mənim nədir günahım?
İnsan – bagışlayın məni... bacarmıram...
Ruh – aciz olma!
İnsan – tək qalmışam...uzaqlaşmışam hərkəsdən...inanım itib...o qədər yalanlarla qarşılaşdımki artıq dogrularım qalmadı...
Ruh – Tək olan Allaha inan!
İnsan – Alahım niyə almır canımı, niyə xilas etmir məni bu dünya əzabından? yanına istəyirəm... göylərə...
Bədən – Mənə qıysan göylərə düşməyəcəksən!... Allahın əmanətinə xəyanət edənlərin göylərdə yeri yoxdur!
İnsan – ...sus!...mane olursan...
Bədən – kəsmə damari...dur...heçmi agrı hissetmirsən...?
İnsan – hislərim ölüb... inanki artiq agrı belə hiss etmirəm...bu həyat mənim bütün hisslərimi əlimdən aldı...dünyaya doguldugum bir gündən itirirəm...saf və təmiz bir mələk şəklində gəlmişdim dünyaya...doguldugum gündən aldatdılar...ilk yalanları yalançı əmzik...bu əslində kiçik görünür...saf yalan görunur...amma Yalanınn safı, kiçiyi, böyüyü yoxdur... Yalan Yalandır! Sonra dünyaya necə gəldiyimi soruşanda hər dildən fərqli yalanlar... Bilmədim məni gətirən leyləyəmi təşəkkür edim, çıxdıgım yumurtayamı inanım, yetşdiyim bostanamı inanım, bayramlarda mənə hədiyyə verən Şaxta Babaya yazdıgım saf məktublar..., saqqız çeynərkən qarnimda bitəcək saqqız agacından qorxum... özümü pis aparsam məni ogurlayıb zibilliyə atan zibilçi, yemək yeməsəm böyüməyəcəm, elə uşaq qalacam...yalanlar... yalanlar...
Böyüdüm... artıq böyük yalanlar... hiyləgərlər... alçaqlar, xainlər... Butun qəlbinlə sevdiyin, gələcəyə aid bütün arzularını onsuz görmədiyin biri ürəyini qırır, arzunu məhv edir...sınırsan, sevgi dəftərini baglayırsan...bu hissi dondurursan... Ürəyini daşlaşdırırsan... artıq özün belə hiss etmirsən...”həyat davam edir, dostlar sag olsun!” deyib yaşayırsan...bir gun dost dediyin, ürəyini belə verməyə hazır oldugun biri sənə tələ qurur... üzünə gülə gülə haqqında yalanlar uydurur və ən əziz bildiklərini uzaqlaşdırır... dagılırsan...dəyərləndirdiyin insanların gözlərində dəyərini itirdiyini, şübhə ilə baxışlarını sezirsən... Özünün dogrulugunu sübut etmək çabalarının daha da səni yalanladıgını hiss edirsən... Sınırsan... Yenə də ətrafındakı başqa dostlarrın varlıgı bir az sakitləşdirir... amma zaman keçdikcə fikir verirsənki hec dost dediklərin də dost deyillər... bir iki uç...bir bir onları da içüzləri ikili oyunları ortaya çıxır...... getdikcə satqın çıxan itirdiyin qısqanc bir dost zəncirləmə digərlərini də çəkir... Dagılırsan... İnamın itir... kimin yalan kimin dogru oldugunu itirirsən...artıq yanında olanlara belə inanmirsan...və onların da yalanarını gözləyirsən... Təkliyə çəkilirsən...Yalnız təkliyinin səninlə ömürlük olacagını dərkedirsən... onunla olmaqcun can atırsan... hər gün boş küçələri gəzirsən... düşünürsən...düşünürsən... suallar atəşinə tutulur beynin...cavablar qıtlıgı səni qane etmir...hər cavabdan dogulan minlərlə sual...niyə?... ...nə üçün?... ...kim?.. ...nədən...?...hara qədər...? nə zaman...? ...suallar...suallar... sonda dəli olursan... bir də görürsənki insanlar sənə baxır...üzün yaşdır... hava aydındır... nə zaman yagış yagdı...? ...xmm...yox...bu mənim gözyaşlarımmış...yox...bunun bir sonu olmalı...yetər...qaçıram...evə qaçıram....və...hamam otagı...mən bilirəm bu zülmü necə məhvedəcəm...bu sualların cavabını verəbilmirəmsə bunlara bir son qoyacam...Onsuz kimsə görmür... Onsuz bir gün öləcəm... Gun gundən gunahlarımızı artırıb daha da kirlənməkdənsə...Ülgüc... hanı ülgüc... Budur... tapdım... Əlvida Dünya... Sən çox qəddarsan...
Ruh- Yetər...yenilmə şeytana... yetər...intihar azadlıq deyil... intihar əbədi əzabdır...
Bədən – qıyma mənə...at ülgücü, aç qapını...yardım istə...qan itirirsən...
İnsan- susun...gedin...artiq ayrılırıq...zamanı gəldi...Sözün bitdiyi yerə gəldik... artıq hissetmirəm... artıq ölürəm... bagışlayın...qədrinizi bilmədim... Əlvida Dünya.......Əlvida Həyat....Əlvida arzularım... Əlvida ümidlərim.....Əlvida insanlar......Əlvida Ruhum.....Əlvida Bədənim.......Əlvida.......Mən belə olmasını istəmirdim...zəif çıxdım... Yıxıldım...Ən son ölən ümid olur deyirlər... Mənim ilk ölən ümidim öldü... Əlvida.....
Biz nə qədər hamıdan hər pislik gözləsək də, bizə əsas zərbə vuranlardan heç vaxt gözləmirik...və onlar da ən gözlənilməz anda zərbə vurur. Sən, zərbədən deyil də, zərbəni vuranın kim oldugundan dagılırsan.....
(Dəli...)
Post a Comment